ABŞ-da 33 il həbsdə olan adam günahsız olduğu sübuta yetirilibbackend

ABŞ-da 33 il həbsdə olan adam günahsız olduğu sübuta yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da məhkəmə 1990-cı ildə iki yeniyetmənin yaralandığı hücuma görə adam öldürməyə cəhd ittihamı ilə 33 il həbs cəzasına məhkum edilən Daniel Saldananın günahkar olmadığına qərar verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Los-Anceles Məhkəməsində dünən keçirilən iclasda hücumla bağlı tapıntıların yenidən araşdırıldığı bildirilib.

Məhkəmənin sonunda Saldanənin günahsız olduğu qərara alınıb.

Saldana hökmdən sonra prokuror Corc Qaskonla birgə mətbuat konfransında danışıb.

Qərardan xoşbəxt olduğunu dilə gətirən Saldanə deyib ki, hər gün günahsız olduğunu bilə-bilə oyanmaq, kameraya qapanaraq kömək çağırmaq çox çətin idi.

1990-cı ildə Los-Ancelesdə dəstə üzvü olduqlarını zənn edərək avtomobildə olan 6 gəncə atəş açılmış, hücumda iki gənc yaralanmışdı.

Saldana hadisədən sonra həbs edilib və 45 il müddətinə azadlıqdan məhrum edilib.