ABŞ-da 5 nəfəri öldürən cinayətkarı tapan şəxsə 80 min dollar mükafat veriləcək.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
ABŞ-ın Texas ştatında 5 nəfəri öldürən silahlı şəxs axtarılır. Həmin şəxsi yaxalayana 80 min dollar mükafat açıqlanıb.
ABŞ-ın Texas ştatında 1-i uşaq olmaqla 5 nəfəri qətlə yetirən silahlı şəxs hələ də tapılmayıb.
Polis 200 nəfərdən ibarət axtarış qrupu yaradıb. Klivlend şəhərində şübhəlinin tapılması üçün axtarış aparılır.