ABŞ-da dövlət işçilərinə “TikTok”dan istifadə qadağa edilibbackend

ABŞ-da dövlət işçilərinə “TikTok”dan istifadə qadağa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da dövlət işçilərinə “TikTok”dan istifadə qadağa edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

ABŞ Senatı yekdilliklə “milli təhlükəsizlik narahatlıqları” səbəbindən federal hökumət işçilərinə hökumətə məxsus cihazlar vasitəsilə “TikTok”dan istifadəni qadağan edən qanun layihəsini qəbul edib.

Layihə səsə qoyulub və yekdilliklə qəbul edilib.

Növbəti mərhələ kimi qanun layihəsi əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənməli, sonra isə ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.