ABŞ-nin Miçiqan ştatında F-16 qırıcısı qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Hadisə ştatın şimalında yerləşən Qrand-Travers dairəsində baş verib. Şahidlərin sözlərinə görə, pilot katapult edərək təyyarəni tərk edə bilib.
Qırıcının qəzaya uğramasının səbəbi hələ açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






