ABŞ-da Floydun qətlinin üçüncü ildönümüdürbackend

ABŞ-da Floydun qətlinin üçüncü ildönümüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da qaradərili Corc Floydun ölümünün 3-cü ildönümüdür.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polis tərəfindən saxlanılarkən onun ölümü nəticəsində ABŞ-da və dünyada nümayişlər olarkən, Floydun ölümünə səbəb olan polis məmuru ikinci dərəcəli qətldə təqsirli bilinir. 2020-ci ilin yayında ABŞ-da və dünyada etirazlarla yanaşı, koronavirus epidemiyası ilə gündəmdədir.

ABŞ-ın Minnesota ştatında bir mağazadan fırıldaqçılıq və saxta pul xəbərinin gəlməsi ilə polis tədbir görüb.

Polis qaradərili yeniyetmə Floydu fırıldaqçılıq ittihamı ilə saxlamağa çalışıb. Lakin Floyd müqavimət göstərəndə polis qaradərili gənci yerə yıxıb.

Polis onu saxlayarkən o, dizini qaradərili yeniyetmənin boğazına 8 dəqiqə basıb. Bu zaman Floydun “Nəfəs ala bilmirəm” dediyi eşidilib.

Polis cinayətkarı saxlayarkən həddindən artıq zorakılıq tətbiq etməkdə ittiham olunub. ABŞ-da başlayan etirazlar bütün dünyaya yayılıb.

Ölkə daxilində hiddətə səbəb olan hadisədən sonra məhkəmə prosesi başladılıb.

Corc Floydu saxlamağa çalışarkən onu öldürən 4 polis vəzifəsindən azad edilib.

Floydun boynunu dizi ilə sıxan keçmiş polis Derek Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ayaqlarını tutan Tomas Leyn 2,5 il müddətinə azadlıqdan məhrum edilib.