ABŞ-ın Oklahoma ştatında təhlükəsizlik qüvvələri itkin düşən iki yeniyetməni axtardıqları evdə və ərazidə 7 nəfərin cəsədini tapıblar.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Okmulgee əyalətinin polis rəisi Eddi Rays verdiyi açıqlamada itkin düşən iki gənci tapmaq üçün bir evdə və onun ərazilərində axtarış apardıqlarını söyləyib.
Axtarış zamanı 7 cəsəd tapdıqlarını ifadə edən Rays, cəsədlər arasında 14 yaşlı Ayvi Webster və 16 yaşlı Brittany Brewerin də cəsədlərinin olduğunu düşündüklərini söyləyib.
Rays cəsədləri tapılan insanların ölüm səbəblərini açıqlamasa da, onların arasında cinsi istismara görə məhkum olunmuş və axtarış aparılan evdə yaşayan Cessi MakFaddenin də olduğunu bildirib.
Səlahiyyətlilər itkin düşmüş elan edilən Webster və Brewerin sonuncu dəfə MakFaddenlə birlikdə səyahət edərkən görüldüyünü bildiriblər.
2003-cü ildə zorlama və azyaşlılarla cinsi əlaqədə olmaq ittihamı ilə həbs edilən MakFadden, məhkəmə mənbələrinə görə, 2020-ci ilin oktyabrında azadlığa buraxılıb.
Digər tərəfdən, yerli televiziya kanalına danışan Brittani Breverin atası tapılan cəsədlər arasında qızının meyitinin də olduğunu təsdiqləyib.
Qızının həftə sonu McFadden ailəsi ilə vaxt keçirdiyini deyən ata, bazar günü evə dönməli olan Britanninin o gündən itkin düşdüyünü bildirib.






