ABŞ-ın Tennessi ştatında məktəbə silahlı hücum nəticəsində üçü uşaq olmaqla 6 nəfər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis hücumçunu vuraraq öldürüb.
O, ABŞ-ın Tennessi ştatının Nashville şəhərində kilsə məktəbinə silahlı hücum nəticəsində 3-ü uşaq və 3-ü böyük olmaqla ümumilikdə 6 nəfərin öldüyünü açıqlayıb.
Nashville Polis Departamentinin sözçüsü Don Aaron hücum edənin gənc qadın olduğunu bildirərək, hücum edəndə ən azı iki yarı avtomatik tüfəng və bir tapança olduğunu bildirib.
Aaron, yerli vaxtla 10:27-də beş nəfərlik bir qrupdan iki zabitin hücumçunu vuraraq zərərsizləşdirdiyini ifadə edərək, hücumçunun şəxsiyyətinin hələlik məlum olmadığını bildirib.
Bildirilib ki, 200-ə yaxın şagirdi olan bu məktəb Pakt Presviterian Kilsəsi ilə bağlıdır və ibtidai və orta təhsil verir.
Qeyri-kommersiya tədqiqat mərkəzi olan The Violence Project-in məlumatına görə, 1966-cı ildən bəri ABŞ-da baş verən 191 qırğından yalnız 4-ü qadın təcavüzkar tərəfindən törədilib.
Ağ Evdən verilən açıqlamada, prezident Co Baydenin Naşvildəki hücumla bağlı məlumatlandırıldığı qeyd edilib.
Hücumla bağlı araşdırmalar davam edir.