ABŞ-da mühərriki alovlanan təyyarə Ohayo ştatında məcburi eniş edibbackend

ABŞ-da mühərriki alovlanan təyyarə Ohayo ştatında məcburi eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Feniks şəhərinə uçan təyyarə Ohayo ştatında məcburi eniş edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qlen Kolumbus hava limanından Phoenix Sky Harbour hava limanına uçan American Airlines təyyarəsinin mühərriki havaya qalxdıqdan sonra quşa çırpılaraq alovlanıb.

Glenn Columbus Hava Limanından bildirilib ki, təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra sağ-salamat yerə enib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Aviaşirkətdən verilən açıqlamada, təyyarənin texniki xidmət üçün istifadədən çıxarıldığı və sərnişinlərin Feniksə daşınması üçün işlərin davam etdiyi qeyd edilib.

“Təhlükəsizlik bizim prioritetimizdir. Anlayışa görə sərnişinlərə təşəkkür edirik”, – məlumatda deyilir.