ABŞ polisi kanoe qəzasında öldüyü barədə yalan xəbər yayaraq uşaq istismarı ittihamlarından qaçmağa çalışan şübhəlini yaxalayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Oklahoma ştatında uşaq istismarı ittihamı ilə axtarışda olan şübhəli Melvin Emdenin balıq tutarkən kanoedən yıxılaraq boğulduğu xəbərini oğlunun hazırladığı xəbərlə yaydığı bildirilib.
Polis hadisə ilə bağlı axtarışa başlasa da Emdenin cəsədini tapa bilməsə də, şübhəlinin uşağa təcavüz etdiyi üçün axtarışda olduğunu müəyyən edib.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada Emdenin ölümü ilə bağlı yalan xəbərlər yayaraq ona qarşı irəli sürülən ittihamdan yayınmağa çalışmaqda şübhəli bilindikləri qeyd edilib.
ABŞ-ın Corciya ştatında nömrəsiz motosikletlə gedərkən polislə təqib zamanı qəzaya düşən Emdenin “uşağa təcavüz” maddəsi ilə axtarışda olduğu müəyyənləşib.
Polis səlahiyyətliləri Emdenin nəzarətə alındığını, yalan xəbər verən oğluna qarşı heç bir ittiham irəli sürülmədiyini, istintaqın davam etdiyini bildirib.