ABŞ-da polislə mübahisə zamanı ölən qaradərilinin qətlə yetirildiyi məlum olubbackend

ABŞ-da polislə mübahisə zamanı ölən qaradərilinin qətlə yetirildiyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da polislə mübahisə zamanı ölən qaradərilinin qətlə yetirildiyi məlum olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Tennessi əyalətində yanvarın 7-də 6 polis tərəfindən döyülərək öldürülən qaradərili Tire Nikolsun ölüm növü tibbi hesabatda cinayet olaraq təyin olunub.

ABŞ-ın Tennessi ştatında yanvarın 7-də qaradərili Tire Nikols 6 polis tərəfindən döyülərək öldürülüb.

Memfisdəki koroner tərəfindən açıqlanan hesabatda Nikolsun başından aldığı ağır zərbələrdən öldüyü bildirilir.

Hesabatda Nikolsun ölüm tərzi “qətl” kimi təsvir edilib və onun başında və bədənin digər hissələrində çoxsaylı kontuziyalar, beyin xəsarətləri, kəsiklər və qançırlar qeyd edilib.

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində FedEx sürücüsü işləyən 29 yaşlı qaradərili Tire Nikols yanvarın 7-də “ehtiyatsızlıq etdiyinə” görə polis tərəfindən saxlanılaraq avtomobilindən düşərək vəhşicəsinə döyülüb.

5-i qaradərili, 6-sı polis olan gənci dəqiqələrlə döydükdən sonra 30 dəqiqəyə yaxın heç bir tibbi yardım almayıb, hətta zorakılıq bitdikdən sonra 10 dəqiqə ərzində hadisə yerinə gələn yanğınsöndürənlərə də tibbi yardım göstərilməyib.

Daha sonra xəstəxanaya aparılan qaradərili gənc 3 gün sonra həddindən artıq qanaxma səbəbindən dünyasını dəyişib.

Nikolsun döyülmə görüntüləri yayıldıqdan sonra Boston, Çikaqo, Detroit, Nyu-York və Portlend şəhərlərində polis zorakılığına qarşı nümayişlər keçirilib.

Memfis Polis Departamenti hadisədə iştirak edən 6 polis əməkdaşını işdən kənarlaşdırıb, 3 yanğınsöndürən isə işdən çıxarılıb. Hadisədə iştirak edən polis əməkdaşlarına qarşı “qətl” maddəsi ilə cinayət işi açılıb.

Nikolsun anası da Memfis şəhər hökuməti və polis idarəsinə qarşı 550 milyon dollarlıq federal iddia qaldırıb.