ABŞ-ın İllinoys ştatında qum fırtınası səbəbindən 40-dan çox avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qəzada çox sayda insan həyatını itirərkən, 30-a yaxın adam da yaralanıb.
ABŞ-ın İllinoys ştatında Interstate 55 avtomobil yolunda təsirli olan qum fırtınası nəticəsində 40-dan çox avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Qəzada çox sayda insan həyatını itirərkən, 30-a yaxın adam da yaralanıb. Qəzada həyatını itirənlərin sayı hələ açıqlanmayıb.
İllinoys ştatının polis sözçüsü mətbuat konfransında yerli vaxtla saat 11:00 radələrində baş verən zəncirvari yol qəzasında təxminən 40-60 minik avtomobili və bir neçə yük maşınının iştirak etdiyini, yük maşınlarından ikisinin alov aldığını və partlayış baş verdiyini bildirib.
Magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanarkən bölgəyə çoxlu təcili yardım və yanğınsöndürənlər göndərilib.