ABŞ-da silahlı atışma: 5-i uşaq olmaqla 8 ölübackend

ABŞ-da silahlı atışma: 5-i uşaq olmaqla 8 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Yuta ştatının Enok şəhərində evdə beşi uşaq olmaqla 8 nəfər ölü tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meyitlərin hamısında güllə yaraları aşkar edilib.

Tibbi müayinə üçün evə çağırılan polis üç böyük və beş uşağın cəsədini tapıb.

Ölənlərin kimliyi ilə bağlı məlumat yoxdur.

Təxminən 8000 əhalisi olan Enok Yutanın cənub-qərbində, Solt Leyk Sitidən təxminən 400 kilometr cənubda yerləşir.