ABŞ-da şokolad fabrikində partlayış: 2 nəfər ölübbackend

ABŞ-da şokolad fabrikində partlayış: 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Pensilvaniya ştatında şokolad fabrikində baş verən partlayışda 2 nəfər ölüb, 9 nəfərə çatmaq mümkün olmayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Pensilvaniya ştatında RM Palmer şokolad fabrikində partlayış baş verib.

Səmanı qatı tüstü bürüyərkən əraziyə çoxlu sayda yanğınsöndürən, xilasetmə və polis qrupları göndərilib.

Partlayış nəticəsində 2 nəfərin öldüyünü, çoxlu sayda yaralının olduğunu və 9 nəfərin itkin düşdüyünü açıqlanıb.

Partlayışın gücündən yaxınlıqdakı tikililərə də ziyan dəyib.

Partlayışın səbəbi hələlik məlum deyil.