ABŞ-ın Alabama ştatında təcili yardım helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məıumata görə, Birmingem əyalətində bir şəxsin gəzinti zamanı səhhətində problem olduğunu bildirməsinin ardından bölgəyə təcili yardım helikopteri istiqamətləndirilib.
“Eurocopter EC130” tipli təcili tibbi yardım helikopterinin 3 nəfərlik ekipajı ilə Şelbi dairəsi yaxınlığında qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza ilə bağlı zəng mərkəzinə zəng edən polis, vertolyotda olan 3 personaldan birinin hadisə yerində dünyasını dəyişdiyini, xəstəxanaya aparılan iki yaralıdan birinin isə müdaxiləyə baxmayaraq xilas ola bilməyəcəyini bildirib.