Ağzında insan meyiti ilə ABŞ-da dolaşan timsah görənləri şoka salıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Timsah səlahiyyətlilər tərəfindən zərərsizləşdirilib.
ABŞ-ın Florida ştatının Kliruoter şəhərində tapılan təxminən 4,5 metr uzunluğunda olan timsah səlahiyyətliləri təşvişə salıb. Hadisə yerli sakinlərdən birinin ağzında cansız bədən daşıyan nəhəng timsah gördüyünü bildirməsi ilə üzə çıxıb.
Hadisə şahidi JaMarcus Bullard News 9-a deyib: “Mən onun ağzında bir cəsədin olduğunu görə bildim, ona görə də dərhal yazmağa başladım və Larqo Yanğın Departamentinə zəng etdim”.
Timsahı iş görüşməsindən gələrkən gördüyünü ifadə edən Bullard, təcili yardım işçilərinin gələn kimi nəhəng timsahı sudan çıxardıqlarını ifadə edib: “Uzaqda gözləyərkən silah səsi eşitdik, məncə timsahı vurdular”.
Pinellas qraflığının şerif ofisi hadisədən sonra həm qurbanın, həm də timsahın kanaldan çıxarıldığını təsdiqləsə də, tətiyi çəkənlərin olub-olmadığını söyləməkdən imtina edib.
Sosial mediada paylaşılan görüntülərdə 4,5 metrlik timsahın müfəttişlərin yanında qan içində yatdığı görülüb. Alligatorun tapıldığı ərazi 5 hektarlıq bir gölün daxil olduğu Ridgecrest Parkında yerləşir.
ABŞ mətbuatında yer alan xəbərlərdə yerli sakinlərə görə, bölgədə tez-tez nəhəng timsahlara rast gəlinir, lakin bu həftə zərərsizləşdirilən timsah ən böyüklərindən biri oldu. Müstəntiqlər cansız bədəni timsahın ağzında tapılan Florida vətəndaşının ölüm səbəbini müəyyən etməyə çalışır.