ABŞ-da uşaq bağçasında gizlədilən narkotikdən 1 uşaq ölübbackend

ABŞ-da uşaq bağçasında gizlədilən narkotikdən 1 uşaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərində uşaq bağçasında yataq döşəyinin altında narkotik maddə olan fentanillə təmasda olan 1 yaşlı uşaq ölüb, 3 uşaq xəstəxanaya yerləşdirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Nyu-York şəhərindəki Divino Nino uşaq bağçasında azyaşlı uşaqlar narkotikə məruz qalıb.

Uşaq bağçasında yataq döşəyinin altında dərmana məruz qalan 1 yaşlı Nikolas Dominici dünyasını dəyişib, 3 uşaq isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə sentyabrın 15-də baş verib və opioidin səbəb olduğu həddindən artıq dozanın təsirini yüngülləşdirmək üçün istifadə edilən dərmanın müalicə altında olan azyaşlı uşaqlara verildiyi açıqlanıb.

Bağça sahibi və icarədarı məhkəməyə veriblər.

Uşaq bağçasının sahibi 36 yaşlı Qrey Mendez və onun kirayəçisi 41 yaşlı Karlisto Acevedo Brito saxlanılıb və onlara qarşı “narkotik sui-qəsd” və “qətl” ittihamı ilə məhkəmə işi açılıb.

Mendezin həbs olunmazdan əvvəl telefonundan təxminən 20 min mesaj sildiyi və silinən mesajların bərpa edildiyi bildirilib.