ABŞ-da məktəbdə növbəti atışma olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hücum zamanı üçü uşaq olmaqla 6 nəfər həlak olub. 28 yaşlı hücumçu Audrey Hale polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Hücuma görə ölkədə bayraqların yarıya qədər endirilməsi qərara alınıb.
ABŞ-ın Tennessi ştatı dəhşətli hücuma səhnə olub. İbtidai məktəbə silahlı hücum olub.
Hücum zamanı üçü uşaq olmaqla 6 nəfər həlak olub. Hücum edən şəxs polis tərəfindən öldürülüb.
Polis hücum edənin 28 yaşlı Audrey Hale olduğunu və onun da hücumu təşkil etdiyi məktəbi bitirdiyini bildirib.
Polis hücumçunun əlində 2 tüfəng və bir tapança olduğunu bildirib. Silahlardan ikisinin qanuni yollarla əldə edildiyi bildirilib.
Hücumçunun arxasında manifest buraxdığı da açıqlanıb.
ABŞ-ın NBC telekanalı hücumçunun qadın olmasına baxmayaraq, sosial şəbəkədə özünü kişi kimi tanıdığını bildirib.
ABŞ prezidenti Co Bayden martın 31-də gün batana qədər ölkə daxilində bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.
Florida ştatından respublikaçı senator Rik Skott məktəblərdə silahla atəş açanlara ölüm cəzası verilməsini istəyib.