ABŞ-ın Florida və Texas ştatlarına yumurta boyda dolu yağıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dolu ABŞ-ın cənubunda Florida və Texas ştatlarında fəsadlar törədib.
Florida ştatındakı Palm Bay və Bellmead, Texas, Waco, Rusk County, Valley Mills, Eastland County ərazilərinə düşən yumurta ölçüsündə dolu fəsadlar yaradıb.
Dünən başlayan və səhər saatlarına qədər davam edən yağışlar nəticəsində 100-dən çox avtomobil və bir çox binaya ziyan dəyib.
ABŞ-ın cənub-şərqində son bir neçə ayda şiddətli fırtınalar baş verib və mart ayında təsirli olan və bütün bölgəni təsir edən fırtına nəticəsində 9 nəfər ölüb.