ABŞ hazırda ölkədə olan daha 472 min venesuelalıya müvəqqəti müdafiə statusu veriləcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Daxili Təhlükəsizlik Departamenti, iş imkanlarını asanlaşdırmaq üçün iyulun 31-dək ölkəyə daxil olan yüz minlərlə venesuelalıya müvəqqəti qoruma statusu verməyə qərar verib. Göstərilən tarixdən əvvəl ölkəyə daxil olmuş 472 min Venesuela vətəndaşı bu statusu almaq üçün müraciət etməlidir.
ABŞ Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas da hazırda ABŞ-da müvəqqəti himayə altında olan 242 min 700 venesuelalının bu statusunu “Venesuelada təhlükəsizliyin olmaması səbəbindən” 18 ay müddətinə uzatmağa qərar verdiklərini açıqlayıb.
Son 10 ildə Venesuelada baş verən siyasi, iqtisadi və humanitar böhranlar səbəbindən təxminən 7,3 milyon insan başqa ölkələrə miqrasiya edib.
ABŞ daha əvvəl El Salvador, Honduras, Nepal və Nikaraquadan olan 300 mindən çox immiqrantın müvəqqəti müdafiə statusunu 18 ay müddətinə uzatmaq qərarına gəlmişdi.