ABŞ-də 19 yaşlı gənc meşə yanğınları törətməkdə İTTİHAM OLUNDU – VİDEObackend

ABŞ-də 19 yaşlı gənc meşə yanğınları törətməkdə İTTİHAM OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 19 yaşlı gənc meşə yanğınları törətməkdə ittiham olunub.

İnterpress.az xəbər verir ki, Nyu-Cersi ştatında 19 yaşlı gəncə Pinelands bölgəsində güclü meşə yanğınına səbəb olan yanğın törətməklə bağlı ittiham irəli sürülüb.

Ehtiyatsızlıqdan başlayan yanğın 20 ilin ən böyük meşə yanğınına səbəb olub.

Səlahiyyətlilər Klinqin ərazidə taxta altlıqları yandırdığını və yanğını tam söndürmədiyini düşünür. Meşə yanğınlarına səbəb olan da budur.

“Biz 19 yaşlı bir gənci həbs etdik. Onun adı Cozef Klinqdir. Biz inanırıq ki, o, bu yanğının başlanmasına görə məsuliyyət daşıyır və onu qanun çərçivəsində mühakimə etmək niyyətindəyik”, – əyalət prokuroru bildirib.

Yanğın 60 kvadrat kilometrdən çox meşə sahəsini bürüyüb və yerli müəssisələrdən birini yanıb.

Xuraman Etibarlı

İnterpress.az