ABŞ-da britaniyalı jurnalist saxlanılıb və deportasiya ediləcək.
İnterpress.az xəbər verir ki, ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) britaniyalı jurnalist Sami Hamdini 26 oktyabrda San-Fransisko hava limanında saxlayıb.
Həmdi ABŞ turu çərçivəsində Amerika-İslam Əlaqələri Şurası (CAIR) tərəfindən təşkil olunan tədbirlərdə çıxış etməli idi.
CAIR bəyan edib ki, jurnalistin saxlanılması onun İsrailə yönəlik açıq tənqidləri ilə əlaqədardır və bu addım “pro-İsrail lobbilərinin təzyiqi” nəticəsində atılıb.
Həmçinin bildirilir ki, jurnalistin viza statusu ləğv edilib və o, yaxın günlərdə ölkədən deportasiya olunacaq.

Xuraman Etibarlı
İnterpress.az






