ABŞ-də QORXUNC HADİSƏ: Yeniyetmə qəza zamanı alışaraq YANDI – VİDEObackend

ABŞ-də QORXUNC HADİSƏ: Yeniyetmə qəza zamanı alışaraq YANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyada dəhşətli qəza zamanı gənc motosikletçi alışaraq yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.

ABŞ-nin Kaliforniya ştatında azyaşlı motosikletçi qırmızı işıqda yüksək sürətlə hərəkət edərək avtomobillə toqquşub. Zərbənin gücündən motosiklet alovlanıb, alov gəncin üzərinə keçib.

Hadisə şahidlərinin sözlərinə görə, alışmış vəziyyətdə gənc qışqıraraq yola çıxıb və bədənindəki alovu söndürməyə çalışıb. Yaxınlıqda olan insanlar ona köməyə gələrək alovu söndürə biliblər.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun ciddi yanıq xəsarətləri və topuq sınığı aldığını bildiriblər. Hadisənin səbəbi araşdırılır.

Polis hadisə zamanı motosikletin yüksək sürətlə hərəkət etdiyini və təhlükəsizlik qaydalarının pozulduğunu təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az