ABŞ Filippinin müdafiəsini gücləndirmək üçün 500 milyon dollar ayırıb.
interpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bildirilir ki, ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin Filippinin müdafiəsini gücləndirmək üçün 500 milyon dollar ayırdıqlarını açıqlayıblar.
Nəşrin məlumatına görə, ayrılan məbləğ Filippin ordusunun, sərhəd xidmətinin modernləşdirilməsinə, həmçinin ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə sərf olunacaq.
Xuraman Etibarlı
İnterpress.az