ABŞ hərbi gəmisi Çinin hərbi təlimindən sonra ilk dəfə Tayvan boğazını keçibbackend

ABŞ hərbi gəmisi Çinin hərbi təlimindən sonra ilk dəfə Tayvan boğazını keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin keçən həftə Tayvan adası ətrafında hərbi təlim keçirməsindən sonra idarə olunan raketləri daşıyan ABŞ hərbi gəmisinin dünən ilk dəfə Tayvan boğazından keçdiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci Donanması bununla bağlı açıqlama yayıb: “Arleigh Burke” sinfinə aid idarəolunan raket esminesi “USS Milius”un “Bosfor boğazında heç bir sahil dövlətinin ərazi sularına daxil olmayan dəhlizdən keçib”.

Bəyanatda gəminin keçidinin beynəlxalq hüquqa uyğun olaraq həyata keçirildiyi bildirilib: “Gəminin Tayvan boğazından keçməsi ABŞ-ın azad və açıq Hind-Sakit Okean bölgəsinə sadiqliyinin göstəricisidir. Beynəlxalq qanunların icazə verdiyi hər yerdə uçmaq üçün ABŞ silahlı qüvvələri üzməyə və fəaliyyət göstərməyə davam edəcək”.