ABŞ-ın idarə olunan raket döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat verib:
“Gəminin Tayvan boğazından keçməsi ABŞ-ın azad və açıq Hind-Sakit okean hövzəsinə sadiqliyinin göstəricisidir. ABŞ silahlı qüvvələri beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”.