ABŞ-ın Texas ştatının Dallas şəhərində mənzilə silahlı hücum nəticəsində 4 nəfərin öldüyü bildirilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Dallas Polis İdarəsindən verilən açıqlamada polisin silahlı hücum xəbəri aldıqdan sonra binaya çatdığı qeyd edilib.
Açıqlamada, hücumda vurulan 4 nəfərin hadisə yerində öldüyü qeyd edilib.
İstintaqın davam etdiyi bildirilib.