ABŞ-ın Texas ştatında evə hücum nəticəsində 5 nəfər ölübbackend

ABŞ-ın Texas ştatında evə hücum nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatının cənub-şərqində bir evdə açılan atəş nəticəsində 5 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hyuston şəhərindən təxminən 72 kilometr şimal-şərqdə yerləşən Klivlenddə insident yerli vaxtla saat 22:30 radələrində baş verib.

Bir evə silahlı basqın nəticəsində 4 nəfər hadisə yerində, 1 nəfər isə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hücumda tüfəngdən istifadə edilib və hücum edən şəxs hələ də tapılmayıb.

Hücum və qurbanlarla bağlı əlavə məlumat verilməyib.