ABŞ: İran Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçiribbackend

ABŞ: İran Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hörmüz boğazında Panama bayraqlı neft tankerinin İran İnqilab Keşikçiləri Korpusu tərəfindən ələ keçirildiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Bəhreyndə yerləşən 5-ci Donanmasından verilən yazılı açıqlamada deyilir: “Mayın 3-də yerli vaxtla saat 06:20 radələrində Panama bayraqlı “Niovi” adlı neft tankeri İran İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri tərəfindən keçərkən ələ keçirilib”.

Açıqlamada Dubaydan çıxan neft tankerinin Hörmüz boğazına daxil olarkən İnqilab Keşikçiləri Ordusunun sürətli qayıqları tərəfindən mühasirəyə alındığı, daha sonra tankerin marşrutunun İranın Bəndər Abbas sahillərinə çevrildiyi bildirilib.

İran hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İran daha əvvəl aprelin 27-də Oman körfəzində Marşal adalarının bayrağı altında “Advantage Sweet” adlı neft tankerini ələ keçirib. İran Ordusundan verilən açıqlamada tankerin İran gəmisi ilə toqquşduğu üçün “beynəlxalq dəniz qaydalarını pozduğuna görə” məhkəmə qərarı ilə ələ keçirildiyi bildirilib.