ABŞ məxfi kəşfiyyat məlumatlarını internetə sızdıranı axtarırbackend

ABŞ məxfi kəşfiyyat məlumatlarını internetə sızdıranı axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyatının məxfi sənədləri internetə sızdırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ rəsmiləri sənədləri internetə sızdıranı və ya mənbəni axtarır, bəzi ekspertlər məlumatı sızdıran şəxsin ABŞ-dan ola biləcəyini ehtimal edir.

Belə ki, Ukrayna müharibəsi, Çin, Yaxın Şərq və Afrika ilə bağlı məlumatların yer aldığı sənədlərdəki mövzuların genişliyi onun bir amerikalı tərəfindən sızdırılmış ola biləcəyinə dəlalət edir.

“Hazırda diqqət ABŞ-dan qaynaqlanan sızma ehtimalına yönəlib, çünki sənədlərin əksəriyyəti yalnız ABŞ-ın əlindədir”, – ABŞ Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli rəsmisi Maykl Murroy Reuters agentliyinə bildirib.

ABŞ rəsmiləri istintaqın hələ başlanğıc mərhələsində olduğunu və təhqiqatı aparanların sızmanın arxasında Rusiyanı dəstəkləyən ünsürlərin olması ehtimalını istisna etmədiklərini bildiriblər.

Bildirilir ki, sızma 2013-cü ildə WikiLeaks-də 700 mindən çox sənəd, video və diplomatik teleqramın görünməsindən bəri ən böyük təhlükəsizlik pozuntusudur.