ABŞ Senatı keçmiş maliyyə naziri Lyu-nun İsrailə səfir təyin edilməsini təsdiqləyibbackend

ABŞ Senatı keçmiş maliyyə naziri Lyu-nun İsrailə səfir təyin edilməsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı keçmiş maliyyə naziri Ceykob Lyu-nun İsrailə səfir təyin edilməsini təsdiqləyib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Respublikaçı senatorların etirazına baxmayaraq, Lyu-nun İsrail səfiri təyin edilməsi Senatda keçirilən səsvermədə 43 əleyhinə 53 səslə qəbul edilib.

Səsvermə zamanı çıxış edən ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Respublikaçıların lideri Jim Risch Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) hazırlanmasındakı roluna görə Lyu-nun namizədliyi ilə bağlı “şərtləri” olduğunu bildirib.

Bayden Lyu namizədliyini irəli sürüb

Ağ Evdən verilən yazılı açıqlamada ABŞ prezidenti Co Baydenin Lyu-nun İsrailə səfir kimi namizədliyini irəli sürdüyü bildirilib.

Açıqlamada ABŞ-ın keçmiş prezidenti Barak Obamanın rəhbərliyi dövründə xəzinə naziri vəzifəsini icra edən Lyu-nun dövlət vəzifələrində bir çox vəzifələrdə çalışdığı diqqətə çatdırılıb.

Açıqlamada Lyu-nun hazırda Lindsay Goldberg MMC-nin idarəedici partnyoru olduğu və namizədin eyni zamanda Kolumbiya Universitetində qonaq professor kimi fəaliyyət göstərdiyi bildirilib.

Açıqlamada Lyu-nun bakalavr təhsilini Harvard Universitetində, hüquq təhsilini isə Corctaun Universitetində tamamladığı paylaşılıb.

Ortodoks yəhudisi olan 67 yaşlı Lyu ivrit dilini bilir və ABŞ-dakı yəhudi icması ilə yaxın münasibətləri ilə tanınır.

Bəzi sionist yəhudi qrupları Lyu-nu Obama dövründə “anti-İsrail və antisemitizm siyasətini” dəstəkləməkdə ittiham edir və tənqid edir.