ABŞ Tayvana 330 milyon dollarlıq aviasiya hissələri SATIRbackend

ABŞ Tayvana 330 milyon dollarlıq aviasiya hissələri SATIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Tayvana 330 milyon dollarlıq aviasiya komplektləri satmağa razılıq verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi Tayvana F-16, C-130 və digər tip hərbi təyyarələr üçün ehtiyat hissələrinin satışını təsdiqləyib.

Məlumata görə, 330 milyon dollarlıq bu paket Donald Trampın prezidentliyə başlamasından sonra ilk belə satışdır.

Pentaqon bildirir ki, sözügedən komplektlər Tayvan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını artıracaq və mümkün təhlükələrə daha çevik reaksiya verməsinə imkan verəcək.

Tayvan Prezident Administrasiyası ABŞ-yə silah tədarüklərinin davam etdirilməsinə görə təşəkkürünü bildirib.

Sövdələşmə Pekinlə Vaşinqton arasında gərgin münasibətlərin davam etdiyi bir vaxtda baş tutur və Çinin sərt etirazına səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az