ABŞ Ukraynanı əli bağlı döyüşməyə məcbur edir – “The Economist”backend

ABŞ Ukraynanı əli bağlı döyüşməyə məcbur edir – “The Economist”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynanı əli bağlı döyüşməyə məcbur edir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.

“Sentyabrın 13-də Ukraynaya nəhayət, Rusiya Federasiyasındakı hədəflərə qarşı Britaniya və Fransanın Storm Shadow/SCALP raketlərindən istifadə etməyə icazə veriləcəyinə böyük ümidlər var idi.

Co Bayden və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ Evdə iki saat danışıblar. Lakin görüşdən sonra vəziyyət eynilə qeyri-müəyyən olaraq qalıb”, – məqalədə qeyd olunur.

Görüşdən sonra möhtəşəm açıqlama gözləməyin real olmadığı bildiriliblər.

“Qərar Baydenin Zelenski ilə görüşündən sonra, ehtimal ki, bu həftənin sonunda ya Vaşinqtonda, ya da BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək illik iclasında verilə bilər.

Əgər Bayden Zelenski ilə görüşündən sonra yumşalsa, çətin ki, ictimaiyyətə açıqlama verilsin. Qərarı sakitcə Kiyevə çatdırmaq olar ki, onun əhəmiyyətini azaltsın və gizli saxlasın. Ola bilsin ki, dəyişikliklər yalnız Rusiyadakı hədəflər Qərb raketləri ilə vurulduqdan sonra təsdiqlənəcək”, – nəşr vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az