ABŞ Ukraynaya 300 milyon dollara yaxın növbəti hərbi yardım ayırıbbackend

ABŞ Ukraynaya 300 milyon dollara yaxın növbəti hərbi yardım ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynaya artilleriya mərmiləri, minaatan mərmiləri, hava-yer raketləri və döyüş sursatları da daxil olmaqla, təxminən 300 milyon dollarlıq əlavə hərbi yardım göndərəcəyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ rəsmiləri bildiriblər ki, təxminən 300 milyon dollarlıq hərbi yardım paketinə təyyarələrdən atılan idarə olunmayan raketlər olan Hydra-70 raketləri də daxildir.

Hələlik yardım paketi rəsmi olaraq açıqlanmadığı üçün adının çəkilməsini istəməyən səlahiyyətlilər, göndəriləcək sursatların hamısının Pentaqonun ehtiyatlarından təmin ediləcəyini bildiriblər.

Ukraynanın daxili işlər naziri İqor Klimenko dünən bəyan edib ki, Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq davam edir və əks-hücum üçün yeni 8 briqada yaradılıb.