ABŞ Ukraynaya yardım göstərməsinə baxmayaraq, Tayvana silah tədarükünü davam etdirəcəkbackend

ABŞ Ukraynaya yardım göstərməsinə baxmayaraq, Tayvana silah tədarükünü davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya hərbi yardım göstərməsinə baxmayaraq, Tayvana silah tədarükünü davam etdirəcək.

Bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.

“Biz Tayvanı özünümüdafiə üçün lazım olan silahlarla təmin etmək məqsədilə öz məsuliyyətimizə çox ciddi yanaşırıq və bu, dəyişməyəcək”, – o deyib.

Beləliklə, o, Amerika KİV-ində Ukraynaya hərbi yardıma görə Taybeyə silah tədarükünün gecikdirilməsi ilə bağlı məlumatların dərc edilməsi barədə sualı cavablandırıb.

Kirbi vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden Pentaqon ilə birlikdə ABŞ-ın özünün döyüş hazırlığını qorumaq üçün hər dəfə bu cür hərəkətləri qiymətləndirir.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.