ABŞ və Böyük Britaniyanın HƏMAS və İslami Cihad Hərəkatı ilə əlaqəsi olan fiziki və hüquqi şəxslərə qarşı birgə sanksiyalar tətbiq edəcəyi açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ dövlət katibi Antoni Blinken ABŞ və Böyük Britaniyanın razılaşdırılmış sanksiya qərarını açıqlayıb.
Sanksiyaların hədəfində İslami Cihad Hərəkatına bağlı 6 real və 2 hüquqi şəxs və HƏMAS üzvü olan 2 fiziki şəxs olduğu bildirilib.
Sanksiyalar çərçivəsində müvafiq şəxslərin ABŞ-dakı və ya ABŞ-ın real və hüquqi şəxsləri ilə birbaşa və ya dolayı əlaqəsi olan bütün aktivlərinə həbs qoyulub, onların alqı-satqısının qarşısı alınıb.
İslami Cihad Hərəkatı və HƏMAS-ın fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıdığı vurğulanan sözügedən sanksiya Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) 18 oktyabr, 27 oktyabr və 2022-ci il may tarixlərindəki qərarlarına əsaslanıb.