ABŞ və Filippin hərbi təlimlərə başlayıb.
Bu barədə İnterpess.az xarici mediaya istinadən xəbər verir.
ABŞ və Filippin ordusu ölkənin ən böyük hərbi bölgəsinə ev sahibliyi edən Palayan şəhərində təxminən 3 həftə davam edəcək “Salaknib” adlı təlimə başlayıb.
Filippin ordusunun komandanı general Romeo Brauner və ABŞ ordusunun komandanı general Xavier Brunsonun da qatıldığı mərasimlə başlayan təlimdə 1000-dən çox Filippin əsgəri və 3000-dən çox ABŞ əsgəri iştirak edir.
Təlimin məqsədi Filippin və ABŞ əsgərlərinin hava və sahil müdafiə imkanlarını artırmaq və müxtəlif hərbi əməliyyatlarda iki ordu arasında əməkdaşlığı gücləndirməkdir.
Bildirilib ki, 2016-cı ildən etibarən ölkədə hər il keçirilən “Salaknib” təlimi aprelin 4-dək davam edəcək.