ABŞ və Rusiya arasında həbs olunan jurnalistlə bağlı yüksək səviyyəli görüş keçirilibbackend

ABŞ və Rusiya arasında həbs olunan jurnalistlə bağlı yüksək səviyyəli görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya arasında həbs olunan jurnalist üçün yüksək səviyyəli görüş keçirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi bazar günü təsdiqləyib ki, Lavrov və Blinken ABŞ-ın təşəbbüsü ilə telefon danışığı zamanı Gerşkoviçin həbsini müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında Lavrov Rusiyanın Gerşkoviçin “məxfi məlumatları əldə etməyə çalışarkən cinayət başında” tutulması və onun işinə Rusiya məhkəmələri tərəfindən baxılacağı ilə bağlı iddialarını təkrarlayaraq cavab verib.

Lavrov həmçinin ABŞ rəsmilərinə və mediaya xəbərdarlıq edib ki, jurnalistin həbsi ətrafında “isteriya” yaratmasın.

Rusiyada casusluğa görə maksimum 20 il həbs cəzası verilir.

Gerşkoviçin həbsi bütün dünya jurnalistləri tərəfindən kəskin şəkildə pislənib.