“Adidas” “Nike”ı məhkəməyə verdibackend

“Adidas” “Nike”ı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın idman malları istehsalçısı “Adidas” patent pozuntusuna görə rəqibi “Nike”ı məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bir neçə gün öncə Texasın Şərq dairəsində qaldırılan məhkəmə iddiasına görə, “Nike” “Adidas”ın doqquz patentini pozub.

Xüsusilə, alman istehsalçısı ABŞ-ın “Nike SNKRS” şirkətinin tətbiqinin “Adidas Confirmed” xidməti ilə eyni funksiyalara malik olduğunu bildirib.

Bundan əlavə, qeyd olunur ki, ayaqqabıların ayağın xüsusiyyətlərinə uyğunlaşmasına imkan verən sistemə malik “Nike Adapt” smart idman ayaqqabısının ideyası 2005-ci ildə buraxılan və “dünyanın ilk ağıllı ayaqqabısı” olan “Adidas_1” idman ayaqqabısından götürülüb.

Tələb olunan kompensasiyanın məbləği dəqiqləşdirilməyib.