“Aeroflot”a irimiqyaslı KİBERHÜCUM EDİLDİbackend

“Aeroflot”a irimiqyaslı KİBERHÜCUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakerlər “Aeroflot”u sındırıblar.

İnterpress.az xəbər verir ki, haker qrupları Aeroflot-a irimiqyaslı kiberhücum barədə məlumat veriblər.

Onların açıqlamalarına görə, əməliyyat təxminən bir il davam edib və aviaşirkətin daxili İT infrastrukturunun tamamilə məhv edilməsi ilə başa çatıb.

Hücum nəticəsində bütün kritik korporativ sistemlər dağıdılıb: uçuş tarixçəsi və CRM verilənlər bazasından tutmuş Sabre, 1C, Exchange və digərlərinə qədər.

Hakerlər həmçinin işçilərin kompüterlərinə, o cümlədən yüksək rəhbərliyə, danışıqların audio yazılarına, müşahidə sistemlərinə və daxili yazışmalara giriş əldə etdiklərini iddia edirlər.

Onların məlumatlarına görə, 7000-ə yaxın fiziki və virtual server məhv edilib, korporativ elektron poçt və daxili sənədlər daxil olmaqla 20 TB-dən çox məlumat əldə edilib.

Hücum nəticəsində dəyən ziyan on milyonlarla dollara çata bilər.

Hücum şirkətin və dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinə “strateji zərbə” adlandırılıb.

Xuraman Etibarlı

İnterpress.az