AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıbbackend

AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.

İnterpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə I turun cütləri müəyyənləşib.

Komandalar 4 zona üzrə iki dövrədən ibarət liqada mübarizə aparacaqlar. Hər qrupda ilk 2 yeri tutanlar pley-offa vəsiqə qazanacaqlar.

Yarışın qalibi UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək.

I tur

Paytaxt və Şimal zonası
A qrupu
“Çinar Zəngilan” – “Gənclər”
“Ramana” (Abşeron) – “Mübariz”
“İrəvan” – “Record Club”
“Xanlıq” (Qubadlı) – “City Baku”
İlk turda “Gənclik” istirahət edəcək.

B qrupu
“Cürət” – “Lokomotiv Baku”
“Şimal” (Xaçmaz) – ŞKGB (Xaçmaz)
İCBFA – “Hypers”
“Şirvanovka” – “Dirçəliş”

Şimal-Qərb və Qərb zonası
“Balakən” – “VT Gəncə”
“Ağstafa Gəncləri” – “Qarxun”
“Şəki” – “Göyəzən”
“Goranboy Qala” – “Bərdə”

Mərkəz zonası
“Ərgünəş” (Füzuli) – “İsmayıllı”
“Araz” (İmişli) – “Göyçay”
“Hacıqabul” – “Mil” (Beyləqan)
“Olimpiya” (Ağcabədi”) – “Ümid”

Cənub zonası
“Qobustan” – “Masallı”
“Neftçala” – “Zəfər 44”
“Lənkəran” – “Masallı”
İlk turda “Biləsuvar” istirahət edəcək.