Ağdaş rayonunda sahibsiz küçə itləri insanların həyatı üçün təhlükəyə çevrilib.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat veriblər.
Bildirilib ki, sahibsiz itlər şəhərin mərkəzi küçələrini zəbt ediblər. Xüsusən gecə saatlarında küçələrə çıxmaq sakinlər üçün əsl qorxulu bir işə çevrilib.
Rayon sakinləri məhz bu küçə itlərinin hücum edə biləcəyindən qorxduqları üçün şəhərdə gecə saatlarında rahat hərəkət edə bilmədiklərini söyləyirlər.
Buna görə də dəfələrlə aidiyyəti qurumlardan problemini həlli ilə bağlı xahiş etsələr də, onların müraciətinə cavab verən olmayıb.