Ağstafada taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar müşavirə keçirilibbackend

Ağstafada taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar müşavirə keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında keçirilən müşavirədə başçının birinci müavini, Fövqəladə Hallar üzrə Komissiyanın sədri Müşfiq Hüseynov, Gəncə Regional Dövlət Yanğın Nəzarət idarəsinin rəisi, polkovnik Natiq Piriyev, komissiyanın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Aqroservisin” və digər aidiyyəti təşkilatların məsul şəxsləri iştirak ediblər.
Müşavirədə taxıl biçini tədbirlərinin yüksək səviyyədə icra olunması və vaxtında başa çatdırılması, təhlükəsizlik tədbirləri, kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti və bu kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb. Mövsüm ərzində yanğın təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlərə dair Tədbirlər Planınıdan irəli gələn məsələlər diqqətə çatdırılaraq qeyd olunub ki, əgər taxıl zəmiləri meşə zolaqları, avtomobil və dəmir yollarına yaxındırsa, onların arası eni 4 metrdən az olmayaraq şumlanmalıdır.
Müşavirədə aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.

image-img-20230602-wa0096image-img-20230602-wa0094image-img-20230602-wa0095image-img-20230602-wa0093image-img-20230602-wa0076image-mikay-1image-mikay