Avropa İttifaqı (Aİ) müdafiə sənayesindəki çatışmazlıqları aradan qaldırmaq üçün silah-sursat istehsalının artırılması və müdafiə sahəsində birgə satınalmaların daxil olduğu yeni plan hazırlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı Komissiyası, hazırlanan Avropa Müdafiə Sənayesi Strategiyasını və yeni Avropa Müdafiə İnvestisiya Proqramını açıqlayıb.
Avropa müdafiə sənayesinin rəqabət qabiliyyətini və hazırlığını dəstəkləmək üçün müxtəlif təkliflərin yer aldığı strategiyaya əsasən, üzv ölkələrin kollektiv müdafiə tələbləri daha effektiv şəkildə dəstəklənəcək.
Müdafiə məhsullarının tədarükü mərhələsində ölkələr arasında əməkdaşlıq təşviq ediləcək.
Üzv ölkələrdə bütün müdafiə təyinatlı məhsulların mövcudluğu təmin ediləcək.
Avropa müdafiə sənayesinin ən qabaqcıl müdafiə texnologiyaları və imkanlarının hazırlanması və bazara çıxarılmasına investisiyalarına dəstək veriləcək.
AB və üzv dövlətlərin büdcələrinin Avropa müdafiə sənayesinin yeni təhlükəsizlik vəziyyətinə uyğunlaşdırılması lazımi alətlərlə dəstəklənəcək.
Bu il Avropa İnvestisiya Bankının kredit siyasətinə yenidən baxılacaq və ondan müdafiə sahəsinə diqqət yetirməsi tələb olunacaq.
Ukraynanın İttifaqın müdafiə sənayesinə dəstək təşəbbüslərində iştirakı dəstəklənəcək.
NATO və strateji beynəlxalq tərəfdaşlarla daha sıx əməkdaşlıq olacaq.
Aİ ölkələri arasında müdafiə təyinatlı məmulatların tədarükü və istehsalı sahəsində əməkdaşlıq artırılacaq.
ABŞ-dakı Xarici Hərbi Satış sisteminə bənzər, xarici ölkələrə silah satışını asanlaşdıran proqram Aİ üçün də hazırlanacaq. Bu çərçivədə Avropa Hərbi Satış Mexanizmi qurulacaq. Beləliklə, Aİ-nin üçüncü ölkələrə silah və sursat satışı asanlaşacaq.