Aİ ölkələri Ukrayna ilə vergisiz ticarəti davam etdirəcəkbackend

Aİ ölkələri Ukrayna ilə vergisiz ticarəti davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya iqtisadi dəstək vermək məqsədi ilə ölkədən idxal edilən bütün məhsullar üçün gömrük rüsumları və kvotaları qaldıran tətbiqin 1 il müddətinə uzadılmasını nəzərdə tutan qaydanı təsdiqləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ çərçivəsində ölkəyə ticarət imtiyazları verən müvəqqəti ticarətin liberallaşdırılması ilə bağlı razılaşma uzadılıb.

Yazıda bu tətbiqin Ukrayna iqtisadiyyatına dəstək olacağı vurğulanıb.

Belə ki, Ukraynanın Aİ ölkələrinə ixrac edəcəyi bütün məhsullar üzrə idxal rüsumları, kvotalar və digər müxtəlif ticarət müdafiəsi tədbirləri 1 il müddətinə dayandırılacaq.

Sözügedən qayda ötən il bir il müddətinə qüvvəyə minib. Bunun daha bir il uzadılması təklif edilib.