Aİ ölkələrinə qanunsuz miqrant axını artıbbackend

Aİ ölkələrinə qanunsuz miqrant axını artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələrinə qanunsuz miqrant axını artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qərargahı Polşanın paytaxtı Varşavada yerləşən Avropa İttifaqının (Aİ) sərhəd mühafizə agentliyi olan Frontex, ilin birinci rübündə Aİ ölkələrinə qeyri-qanuni girişlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz artdığını bildirib.

Frontex-in verdiyi açıqlamada sərhədlərə qeyri-qanuni daxil olanların sayının 2022-ci ildə 330 minə yüksələrək 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı xatırladılıb.

Bu ilin ilk üç ayında girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi olub. Bu marşrutla 27 min 651 nəfər Aİ ölkələrinə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 305 faiz artım olaraq qeydə alınıb. Kot-d’İvuar, Qvineya və Pakistan vətəndaşları Mərkəzi Aralıq dənizi marşrutunu ən çox qanunsuz keçənlər olub.

İkinci marşrut olan Qərbi Balkanlardan daxil olanların sayı isə yüzdə 22 azalaraq 14 min 858-ə düşüb. Bu marşrutdan daha çox suriyalılar və əfqanlar istifadə edirdilər.

Üçüncü sırada olan Şərqi Aralıq dənizindən gələnlərin sayı isə yüzdə 8 azalaraq 6 min 11 oldu. Şərqi Aralıq dənizi marşrutundan ən çox suriyalılar, fələstinlilər və əfqanlar istifadə ediblər.

Frontex, Aİ ölkələrinə qeyri-qanuni girişlərin ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq 54 minə yüksəldiyini qeyd edib.