Avropa İttifaqı (Aİ) Komissiyası Polşaya məktub göndərərək viza pozuntusu iddiaları ilə bağlı izahat tələb edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Komissiyasının sözçüsü Anitta Hipper, Polşa Xarici İşlər Nazirliyinin ayın əvvəlində qeyri-qanuni Şengen vizaları verərək, yüz minlərlə mühacirin Aİ-yə gəlməsinə icazə verdiyinə dair iddiaları dəyərləndirib.
AB Komissiyasının daxili işlərdən məsul üzvü Ylva Yohanssonun Polşa səlahiyyətlilərinə məktub göndərdiyini bildirən Hipper, oktyabrın 3-dək cavab tələb etdiyini bildirib.
Hipper vurğulayıb ki, bu iddialar son dərəcə narahatedicidir və Aİ qanunlarına uyğunluqla bağlı suallar doğurur.
Keçən həftə Polşada giriş vizalarının verilməsində pozuntularla bağlı iddialar gündəmə gəlmiş və bu çərçivədə xarici işlər nazirinin müavini Piotr Vavrşik vəzifəsindən uzaqlaşdırılmışdı.
Polşa Xarici İşlər Nazirliyi ölkənin bütün konsulluq nümayəndəliklərində xüsusi yoxlama və yoxlama aparılacağını açıqlayıb.