Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu adlı maliyyə aləti çərçivəsində Ukraynaya silah-sursat dəstəyi üçün 1 milyard avroluq büdcəni təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa Şurasından verilən məlumata görə, Ukrayna ordusuna dəstək üçün Avropa Sülh Fondu adlı maliyyə aləti çərçivəsində 1 milyard avroluq maliyyə paketi qəbul edilib.
Beləliklə, Aİ üzv dövlətlərə Ukraynaya bağışladıqları döyüş sursatlarını cari ehtiyatları və ya 9 fevral – 31 may 2023-cü il tarixləri arasında verdiyi sifarişlər vasitəsilə ödəyə biləcək.
Tədbir üzv dövlətlərin ilin sonuna qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndərmək məqsədinin martın 20-də çatdırılmasını və birgə tədarükü sürətləndirmək məqsədi daşıyır.
Bu yardımla Aİ-nin Avropa Sülh Fondu çərçivəsində Ukraynaya ümumi töhfəsi 4,6 milyard avroya yüksələcək.