Avropa İttifaqı (Aİ) və ABŞ rəsmiləri sabahkı görüşlərində süni intellekt, yeni yaranan texnologiyalar, virtual platformalar, ticarət və investisiya kimi mövzuları müzakirə edəcəklər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının 4-cü nazirlər toplantısı sabah AB-nin Dövr Başçılığı olan İsveçin Lulea şəhərində keçiriləcək.
İclasda ABŞ dövlət katibi Antoni Blinken, ABŞ-ın ticarət naziri Gina Raimondo, ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tai, Aİ Komissiyasının vitse-prezidenti Marqret Vestager, Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis və Aİ Komissiyasının üzvü Thierry Breton ilə görüşəcək.
Aİ və ABŞ nümayəndələri mühüm kommersiya və texnoloji məsələlərdə ümumi yanaşmanın yaradılmasına və əməkdaşlığın artırılmasına diqqət yetirəcəklər.
Süni intellekt, inkişaf etməkdə olan texnologiyalar, onlayn platformalar, davamlı ticarət, ixrac nəzarəti və investisiyaların yoxlanılması ilə ticarətin asanlaşdırılması Aİ və ABŞ arasında nəzərdən keçirilməli əsas məsələlərdəndir.
2021-ci ildə Aİ və ABŞ arasında fəaliyyətə başlayan Ticarət və Texnologiya Şurası bu sahələrdə əməkdaşlığı inkişaf etdirmək və fikir ayrılıqlarını dialoq mühitində həll etmək məqsədi daşıyır.