Alim: “Peyvənd ürək əzələsində iltihab riskini azaldır” – FOTObackend

Alim: “Peyvənd ürək əzələsində iltihab riskini azaldır” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar ən effektiv peyvəndlərin az faiz etibarı ilə olsa da belə yan təsirlərinin olması insanlar arasında müzakirə mövzusu olub və məhz bu da insanları vaksinasiya prosesində iştirakdan çəkindirirdi. Amma məlumdur ki, peyvəndlərin yan təsirləri ilə bağlı bir çox elmi tədqiqatlar aparılıb və bəzi narahatlıq doğuran suallara aydınlıq gətirilib”.

Bunu Oxu.Az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirilib.

Onun sözlərinə görə, bu cür elmi tədqiqatlardan biri də koronavirus əleyhinə mRNA peyvəndlərinin (Biontech/Pfizer, Moderna) ürəyin miokardında yarada biləcəyi iltihab prosesi ilə bağlıdır:

“Bu da vaksinin yan təsiri kimi insanları qorxudurdu. Artıq koronavirusa yoluxduqdan sonra ürəyin miokardında iltihab prosesi ilə peyvəndləmədən sonra ürəyin miokardında iltihab prosesinin müqayisəsi aparılıb və bununla bağlı elmi tədqiqat yekunlaşıb”.

Azərbaycanlı alim bildirib ki, elmi tədqiqatda 16 yaşdan yuxarı təxminən 2 milyon insanın məlumatları incələnib və nəticəyə görə peyvənd olunmayan və koronavirusa yoluxan xəstələrin miokardında əmələ gələn iltihabi prosesin faiz göstəricisi peyvənd aldıqdan sonra yan təsir kimi əmələ gələ biləcək miokardın iltihabından çoxdur:

“Bir daha vurğulayıram ki, bu da onu deməyə əsas verir ki, koronavirusa yoluxma ürək əzələsində yarana biləcək iltihab riskini daha artırır. Bu da peyvəndləmədən sonra əmələ gələ biləcək bu cür riskdən çoxdur. Ona görə də bu, bu gün pandemiyanın yeni dalğası zamanı yüksək effektli peyvənddən qaçma səbəbi ola bilməz”.

Alim qeyd edib ki, digər bir önəmli müqayisə 12-17 yaşlı uşaqlar arasında aparılıb. Belə ki, bu yaş qrupunda COVID-19 zamanı ürəyin miokardında iltihabı prosesin yaranma riski mRNA peyvəndi aldıqdan sonra yaranacaq miokardın iltihabı riskindən altı dəfə çoxdur.