Almaniya İsrailə hərbi təchizat üçün icazələrin verilməsini dayandırıb.
Interpress.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merz açıqlama verib.
Almaniya hökuməti İsrailə hərbi təyinatlı məhsulların ixracına verilən icazələri müvəqqəti olaraq dayandırıb.
Kanslerin sözlərinə görə, bu qərar İsrail hökumətinin ötən gecə qəbul etdiyi və Qəzza sektorunda daha sərt hərbi əməliyyatları nəzərdə tutan qərardan sonra verilib.
“İsrailin ordusunun Qəzzada həyata keçirəcəyi hərbi hədəflərin necə və hansı yollarla əldə ediləcəyi getdikcə daha da qeyri-müəyyən olur. Belə bir vəziyyətdə Almaniya hökuməti həmin bölgədə istifadə oluna biləcək hərbi məhsulların ixracına icazə verməyəcək,” – Merz bildirib.
Qeyd edək ki, bu qərar beynəlxalq ictimaiyyətin Qəzza zolağındakı vəziyyətə dair artan narahatlığı fonunda qəbul edilib.
Xuraman Etibarlı
Interpress.az